- Baxış sayı: 78
- 16 Noyabr 2026 10:31
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Avstraliyalı tennisçi Eşli Barti 2027-ci ildə beynəlxalq tennis şöhrət zalına daxil ediləcəyinə münasibət bildirib.
Allsport.az xəbər verir ki, keçmiş dünya birincisi bu qərardan böyük qürur və minnətdarlıq hissi duyduğunu söyləyib:
“Mən şöhrət zalını həmişə idmanın əfsanələri, ən yaxşıların ən yaxşıları üçün nəzərdə tutulan məkan hesab etmişəm. Heç vaxt onların sırasında yer alacağımı düşünməmişdim.
Bu, inanılmaz dərəcədə xüsusi hadisədir. Daha qürurlu və minnətdar ola bilməzdim. Bu mükafat təkcə mənə deyil, birlikdə çalışdığım hər kəsə aiddir.
Karyeramı başa vurmağımdan artıq beş il keçdiyinə inana bilmirəm. Bu tanınma heç vaxt mümkün hesab etmədiyim bir şey idi. Hətta ən böyük arzularımı belə üstələyir”.
Eşli Barti 2022-ci ildə peşəkar tennis karyerasını başa vurub. O, karyerası ərzində üç “Böyük dəbilqə” turnirinin qalibi olub.