ATP tennisçilərə ödənişləri artırır

ATP tennisçilərə ödənişləri artırır

Allsport.az xəbər verir ki, 2028-ci ildən tennisçilərə illik ödənişlərin ümumi məbləği 350 milyon dolları ötəcək.

“Böyük dəbilqə” turnirlərinin mükafatları da nəzərə alınmaqla bu rəqəm 500 milyon dollara çatacaq.

Yeni plana əsasən, ilin yekununda ilk 100-lükdə yer alan tennisçilərin illik gəliri ən azı 1,1 milyon, ilk 175-likdə olanların 450 min, ilk 250-likdə qərarlaşanların isə 250 min dollar təşkil edəcək.

ATP həmçinin bonus və pensiya fondlarına ümumilikdə 100 milyon dollardan çox vəsait ayıracaq.

Bundan başqa, reytinq sistemində dəyişiklik ediləcək. Məcburi “Ustadlar” turnirlərinin nəticələri tam nəzərə alınacaq, yarımfinal və final mərhələlərinə görə verilən xallar artırılacaq.

Həmin kateqoriyadan