- Baxış sayı: 53
- 05 Noyabr 2026 19:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Dünya reytinqinin 23-cü pilləsində qərarlaşan Kasper Rud Parisdə keçirilən “Ustadlar” turnirində 1/4 finala yüksəlib.
Allsport.az xəbər verir ki, norveçli tennisçi 1/8 finalda Yan-Lennard Ştruffu 6:3, 6:3 hesabı ilə məğlub edib.
Bu, Rudun mövsümdə dördüncü, karyerasında isə 18-ci dəfə “Ustadlar” turnirinin 1/4 finalına yüksəlməsidir. Bu nəticə sayəsində o, dünya reytinqində yenidən ilk 20-liyə qayıdacaq.
Rud növbəti mərhələdə Nunu Borqeşlə qarşılaşacaq.