Vyanada çempion oldu

Vyanada çempion oldu

İspaniyalı tennisçi Karlos Əlqərəz Vyanada keçirilən ATP-500 turnirinin qalibi olub.

Allsport.az xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan 23 yaşlı tennisçi finalda avstraliyalı Aleks de Minaurla qarşılaşıb.

Görüş Alkarasın 6:1, 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyalı turnirdə ikinci, rəqibi isə beşinci nömrə altında mübarizə aparıb.

Bu qələbə Əlqərəzin peşəkar karyerasında ATP turnirlərində qazandığı 28-ci fərdi mükafat olub.

Həmin kateqoriyadan