- Baxış sayı: 39
- 05 Noyabr 2026 16:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Aleksandra Şubladze Honkonqda keçirilən VTA-250 turnirinin ikinci mərhələsində Yelena Pridankinanı məğlub edib.
Allsport.az xəbər verir ki, 21 yaşlı rusiyalı tennisçi 6:7 (6), 6:1, 6:3 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə yarışın 1/4 finalına yüksəlib.
O, əsas mərhələdəki ilk qələbəsini də bu yarışda qazanıb. Şubladze təsnifat mərhələsindən keçərək əsas mərhələyə vəsiqə qazanmışdı.
Dünya reytinqinin 136-cı pilləsində qərarlaşan tennisçinin növbəti rəqibi Sorana Kırstya – Meri Stoyana görüşünün qalibi olacaq.