Bunu bacaran ilk argentinalı oldu

Bunu bacaran ilk argentinalı oldu

Dünya reytinqinin 51-ci pilləsində qərarlaşan Tiaqo Tirante Stokholmda keçirilən turnirin yarımfinalında 31-ci sıradakı Alejandro Tabilonu məğlub edib – 7:5, 7:6 (1).

Allsport.az xəbər verir ki, bu qələbə argentinalı tennisçiyə karyerasında ilk dəfə ATP səviyyəli turnirin finalına yüksəlmək imkanı verib.

Tirantenin əvvəlki ən yaxşı nəticələri 2024-cü ildə Bastad və 2026-cı ildə Hyustonda keçirilən turnirlərin yarımfinalına yüksəlməsi olub.

O, 2021-ci ildə Antverpendə finala çıxan Dieqo Şvartsmandan sonra qapalı sərt kortda keçirilən ATP turnirinin finalına yüksələn ilk argentinalı tennisçi olub.

Bazar ertəsi yenilənəcək dünya reytinqində Tirante ilk 50-liyə qayıdacaq. O, titul uğrunda Teylor Frits – Lorenso Musetti cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan