- Baxış sayı: 41
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 164
- Avqust 05, 2026
- 0

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor”la üz-üzə gəlib və 14:0 hesabı ilə qələbə qazanıb.
Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar. Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.