“Araz Naxçıvan” dağılmasından “Neftçi”yə fayda

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclas zamanı “Araz Naxçıvan”ın çempionatdan çıxması ilə bağlı müraciətə baxılıb. Allsport.az saytı xəbər verir ki, 11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla Muxtar Respublika təmsilçısınin fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

PFL bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

“Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqasından və ölkə kubokundan xaric edilsin. Klub oyunların 50% -dən azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil olunur. (maddə 11, maddə 56).

PFL-in bu qərarından ən çox faydalanan “Neftçi” komandası olacaq. Çünki “qırmızılar” ölkə çempionatında yeganə qələbəsini (3:0) flaqman üzərində qazanmışdı. Bu, həm də “ağ-qaralar”ı yarış cədvəlində ilk pilləyə yüksəldəcək.

Həmin kateqoriyadan