- Baxış sayı: 21
- 10 İyul 2026 12:15
- Baxış sayı: 450
- İyul 08, 2026
- 0

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İbrahim Piriyev əməliyyat keçirib.
Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçu İstanbul şəhərində yerləşən Türkiyə xəstəxanasında qasıq yırtığı səbəbindən əməliyyat olunub.
Tanınmış cərrah Həsən Daşçı tərəfindən icra edilən əməliyyat uğurla başa çatıb.
Bu gün xəstəxanadan evə buraxılan Piriyev bərpa prosesinə başlayıb. Futbolçunun təxminən 3 həftədən sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.