Arif Əsədov: Hakim səhvləri aşkar görünürdü

Premyerliqasının VII turunun mərkəzi görüşündə “Neftçi” klubu “Qarabağ”ı qəbul etdi. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 1:3 hesabı ilə məğlub oldu görüşdə, “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov matç barəsində bunları deyib:

“Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü.

Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq.Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Qeyd edim ki, məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı”.

 

Həmin kateqoriyadan