- Baxış sayı: 33
- 05 Noyabr 2026 12:45
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

19 mayda premyer liqanın 35-ci turunda “Qəbələ” evdə Araz-Naxçıvan”a 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze bunu açıqladı:
“Yaxşı oyun keçirdik. Nəticədən razıyam. Çoxlu qol vəziyyətlərimiz oldu. Bunlardan yalnız 2-sindən istifadə etdik. Son turlarda uğurlu çıxış edirik.
Aşağı dəstəyə düşsək də, futbolçular əsl peşəkarlıq göstərirlər. Elitada qalsaydıq, ayrı cür ola bilərdi. Nə etmək olar, həyatdır.
Çox sayda fərdi səhvlər olur. Təkbətəkdən yararlanmamaq ustalığın yetərincə olmamasından xəbər verir. Belə səviyyəmiz normaldır”.