“Atletik”dən əvvəl “Rəvan” sınağı

Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” bu turnirin üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubu ilə ilk oyun ərəfəsində yoxlama oyunu keçirməyə qərar verib. Allsport.az xəbər verir ki, bakılılar bu gün “Rəvan”la qarşılaşacaqlar.

Premyer Liqada iştirak edəcəyi son anda dəqiqləşən “aslanlar” da hazırda təlim-məşq toplanışındadır. Bu komanda ilə oyun “İnter Arena”da baş tutacaq. Görüş saat 19:30-da start götürəcək.

Yoxlama oyunu
26 iyul

19:30. “İnter” – “Rəvan”
Bakı. “İnter Arena”.

Həmin kateqoriyadan