- Baxış sayı: 66
- 08 İyun 2026 09:08
- Baxış sayı: 138
- İyun 08, 2026
- 0

Azərbaycan voleybol federasiyası növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edir. Allsport.az saytı xəbər verir ki, 17-22 dekabrda GİN-nin voleybol mərkəzində Bakı RVK-nın tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər iştirak edəcəklər.
Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cingiz Axarçeşmə keçəcək. Sonda iştirakçılar imtahan verəcəklər və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.