“Meydançanın kralı və kraliçası” kimlər oldu?

Bakıda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, Bakı su idmanı sarayında təşkil olunan yarışda 10 kişi və 12 qadın komandası mübarizə aparıb. Qadınların yarışında Səbinə ƏlizadəLeyla Əliyeva, kişilərdə Heydər MəmmədliOzan Baltaçı cütü qalib olublar.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan voleybol federasiyası idarə heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.

Həmin kateqoriyadan