- Baxış sayı: 53
- 13 May 2026 15:59
- Baxış sayı: 102
- May 19, 2026
- 0

Kişi voleybolçulardan ibarət millinin Avropa liqasına hazırlıqları davam edir. Allsport.az saytı xəbər verir ki, GİN-in voleybol mərkəzində təşkil olunan təlim-məşqdə baş məşqçi Boris Qrebennikov rəhbərlik edir.
Bu gün KİV yığmamızın məşqini izləyib. Sonra məşqçi heyəti və voleybolçular jurnalistlərin suallarını cavablandırıblar, komandanın hazırlıq səviyyəsi, eləcə də qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüblər.
Azərbaycan millisi Avropa liqasındakı ilk oyunlarını 5-7 iyunda İsveçdə keçirəcək. Komandamız turnir çərçivəsində İsveç və Yunanıstan yığmaları ilə qarşılaşacaq.