ADAU-da “Gəncə” voleybol klubunun rəhbərliyi ilə görüş

Azərbaycan dövlət aqrar universitetində “Gəncə” voleybol klubunun rəhbərliyi ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetdə tələbələrin hərtərəfli inkişafının prioritet istiqamətlərdən biri olduğunu bildirib, idmanın gənclərin sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

“Gəncə”nin prezidenti Elvar Osmanov isə bu əməkdaşlığın həm peşəkar idmançıların təhsil imkanlarının genişləndirilməsinə, həm də universitet tələbələrinin voleybola marağının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.

Görüş çərçivəsində universitetlə klub arasında idman, təhsil və gənclərin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Həmin kateqoriyadan