- Baxış sayı: 72
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Avropa liqasında iştirak edəcək kişi voleybol millisi hazırlığın növbəti mərhələsini Belarusda keçəcək. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə komandamız bu gün Minskə yola düşüb.
6 gün davam edəcək təlim-məşq toplanışında yoxlama oyunları da nəzərdə tutulub. Milli komandanın baş məşqçisi Boris Qrebennikov hazırlığa 17 nəfər cəlb edib.