Avro-2020: “Build Bridges” layihəsi

UEFA və İtaliya futbol federasiyasının birgə əməkdaşlığı çərçivəsində Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, onlar arasında qarışıq rəqabət və yeni oyun formatı yaratmaq, futbol qaydalarını hörmətlə öyrətmək, yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək, Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin iştirakını genişləndirmək və digər məqsədlərlə “Build Bridges” layihəsi təşkil ediləcək.

Allsport.az saytı xəbər verir ki, buraya Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilərlər. Layihə onlayn platforma üzərindən müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcəkdir.

Həmin kateqoriyadan