«Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik»

«Bu Avropa çempionatının seçmə mərhələsində qatar gedib. Artıq gələcəyi düşünməliyik. Ona görə də Robert Prosineçki ilə 3 ililk müqavilə bağladıq». Allsport.az saytı xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev dedi. Assosiasiya rəhbəri bildirdi ki, indi  əsas plan Avro-2020-yə yönəlib:

«Bildiyiniz kimi, Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Bu, böyük uğurdur. Amma bununla kifayətlənmək niyyətində deyilik. Məqsəd, milli komandamızın növbəti final mərhələsinə çıxmasıdır. Artıq qitə çempionatının həlledici etapına 24 komanda vəsiqə qazanır. Bu imkanlarımızı daha artırır».

Həmin kateqoriyadan