“DH Volley” Polşa klubuna qalib gəldi

“DH Volley” Polşa klubuna qalib gəldi

Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc kubokunda növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşanın “LKS Commercecon LODZ” klubunu qəbul edib.

Fövqəladə hallar nazirliyinin idman zalında keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 0:3 (13:25, 18:25, 22:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Komandalar arasında cavab görüşü dekabrın 2-də Polşada keçiriləcək.

Xatırladaq ki, “DH Volley” əvvəlki mərhələdə Danimarkanın “Holte İF” klubuna hər iki görüşdə qalib gəlib – 3:1, 3:0.

Həmin kateqoriyadan