- Baxış sayı: 39
- 26 Noyabr 2026 23:14
- Baxış sayı: 158
- Noyabr 26, 2026
- 0

“İnter” futbolçusu Karlos Auqusto ilə müqavilənin müddətini uzadıb.
Allsport.az xəbər verir ki, Milan təmsilçisi braziliyalı müdafiəçi ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq yeni sözləşmə imzalayıb.
Əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər olan 27 yaşlı futbolçunun maaşı da artırılıb. O, yeni anlaşmaya əsasən bonuslar daxil olmaqla, mövsüm ərzində 4 milyon avro qazanacaq.
Auqusto bu mövsüm “İnter”in heyətində 14 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.