Əməliyyat olunacaq

Əməliyyat olunacaq

PSJ-nin cinah oyunçusu Dezire Due yaxın günlərdə sağ dizindən əməliyyat olunacaq.

Allsport.az xəbər verir ki, fransalı futbolçu ötən şənbə Liqa 1-in “Nitsa” ilə matçında (3:2) dizinin ön çarpaz bağından zədələnib.

Klub 21 yaşlı oyunçunun noyabrın sonunadək əməliyyat olunacağını açıqlayıb.

Fransa millisinin üzvü yaxın günlərdə Qətərə yollanacaq və Dohadakı “Aspetar” klinikasında əməliyyat olunacaq.

Həmin kateqoriyadan