Avropa çempionatını izləmək üçün paytaxtda iri monitorlu tamaşa zonası qurulacaq

İyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına canlı baxmaq üçün SOCAR Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq. Allsport.az saytı xəbər verir ki, şirkət son illərdə özünü Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərinə davamlı dəstək verən bir şirkət kimi tanıdıb.

SOCAR-ın marketinq tədbirləri, bir qayda olaraq, onun biznes layihələri ilə yanaşı həyata keçirilir və yeni bazarları kəşf etmək üçün effektli vasitə kimi tətbiq olunur. Ölkə daxilində, eləcə də xaricdə SOCAR-ın marketinq tədbirlərinin əsas məqsədi gəlirlərini və Azərbaycanın dövlət büdcəsinə ödənilən vəsaitləri artırmaq, xalqımızın uzunmüddətli rifahını təmin etməkdir.

Həmin kateqoriyadan