“Ayntraxt”dan Emil Balayev barəsində xoş sözlər

Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Tomas Şaaf Azərbaycan millisi və “Neftçi”nin qapıçısı Emil Balayevlə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, həmyerlimiz barədə bunu söyləyib:

“Balayev yaxşı təəssürat formalaşdırıb. O, bu həftə səfərini başa vuracaq. Amma biz ondan sonra yenə bu qapıçını sınamaq istərdik”.

“Ayntraxt”ın qapıçılar üzrə məşqçisi Mixael Kraft da gənc qolkiper barədə xoş fikir bildirib: “Emil böyük istedada malikdir. Biz onun məsələsini ən qısa zamanda həll etməyi düşünürük”.

Almaniya mətbuatı isə Balayevin “Ayntraxt”da qalmasının daha çox Timo Hildebrandın qışda klubu tərk edib-etməməsindən asılı olduğunu qeyd edib.

Həmin kateqoriyadan