Azərbaycanın dəstəyini nə tez unutdun?! Kasparov: Bu üçlü əlaqə Rusiyanı kənarda qoyur

Bakı şahmat məktəbinin yetirməsi, FİDE 13-cü dünya çempionu Harri Kasparov “Exo Moskvı” Yutub kanalına müsahibə verib. Həmkarımız Maksim Kurnikovla söhbətdə o, Avropada, Rusiyada və bölgədə baş verən olaylara da toxunub. Təəssüf ki, doğma respublikası Azərbaycanı növbəti dəfə unudan siyasətçi qərəzli çıxış edib. Onun nəinki valideynləri, baba və nənəsi də paytaxtımızda doğulub; Vaynşteyn soyadı ilə tanınıblar, musiqi və bəstəçiliklə məşğul olublar. O dönəmdə SSRİ nazirlər sovetinin sədrinin 1-ci müavini Heydər Əliyevin hərtərəfli dəstəyi sayəsində 1985-ci ildə “şahmat tacı”nı Bakıya gətirib. Müstəqillik dönəmində Rusiyaya köçən Harri bu ölkə adına çıxış etməyə başlayıb. Bir müddət dünya reytinqinə başçılıq edən bakılı qrossmeyster 2000-ci ildə Vladimir Kramnikə uduzaraq titulunu itirib. 3 il sonra növbəti ağır zərbəni həmşəhərlisindən alıb. İspaniyanın Linares şəhərində keçirilmiş superturnirdə ağ fiqurlarla 39-cu gedişdə 13 yaşlı Teymur Rəcəbova təslim olub. Yenilgini həzm edə bilməyən Kasparov qalmaqal salıb. 2014-cü ildən Xorvatiya vətəndaşlığı alan bakılı hazırda kurort şəhəri Makarskada yaşayır və yeri düşəndə, Rusiyanın bostanına da daş atır. Allsport.az söhbətdə bəzi maraqları təqdim edir:

“Düzgün başa düşsəm, Azərbaycan nefti yenidən Xəzər boru kəmərinə yönləndirib, amma düzgün oxudumsa, necə deyərlər, məlumat. Bəlkə də, bu saxtadır. Ancaq buna baxmayaraq, bu baş vermişsə və Azərbaycan öz neftinin heç olmasa bir hissəsini Rusiya boru kəməri ilə nəql etməyə başlamışsa, bu artıq böyük qazancdır. Qalan hər şey, əslində, ikincidir. Rusiyanın real iqtisadi maraqlarına baxmaq lazımdır. Aydırdır, bölgədə vəziyyət Rusiyanı yalnız bu baxımdan narahat edir. Həm də ortadadır ki, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqəsi, ümumilikdə Rusiyanı kənarda qoyur. Çünki Ərdoğan dost kimi yenə özü üçün. Yəni bu gün dostdur, sabah düşməndir.

Lakin biznes üçün etibarlı deyil. “Qazprom” da Avropada daha çox problemi var. Buna görə də bu cənub istiqaməti son dərəcə vacib olmağa başlayır. Əgər bu münaqişə Azərbaycanı bu ehtiyatların heç olmasa bir hissəsini Rusiya boru kəmərlərinə nəql etməyə məcbur imkan verirsə, bu artıq böyük qazancdır. Burada Rusiyanın uduzacağını düşünməzdim.
Başqa bir məsələ, təəssüf ki, həm Ermənistan, həm də Azərbaycanda münaqişədədir. Yəni daim vəziyyət pisləşdikdə, müharibəyə gedib. Neftin qiyməti düşən və ya başqa bir gərgin sosial-iqtisadi vəziyyət yaranan kimi bu mövzu daim gündəmə gəlir”.

Bakılı dünya çempionu idmandan sonra siyasətlə məşğul olsa da, tarixi çox zəif bilir. Bilsəydi, Ərməniyyədə yaşayan xainlərin Dağlıq Qarabağa verdikləri Ərsakın (Artsax) da elə türk adı olduğunu, sak olan parfiyalıların bölgəni belə çağıqdırlarını bilərdi. “Çünki hər halda, Ermənistandakı siyasi uyğunlaşmaya baxsanız, Artsax üzərində nəzarət sadəcə hər hansı bir hökumətin qanuniləşdirilməsidir. Əslində, bu, Ermənistan hökumətində kimin olmasına rəğmən, imtina edə bilmədiyi bir şeydir. Həm də aydındır ki, ermənilər coğrafi cəhətdən bura bağlıdırlar … Üçbucaq demək istədim, baxmayaraq ki, əslində, daha çox tərəflər var – Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Rusiya …” – Kasparov əlavə edib.

Parfiya dövləti e.ə. 256-cı ildən eramızın 227-ci ilinə qədər mövcud olub. Onlardan əvvəl isə təqribən 80 il ərzində böyük İsgəndərin qurduğu dövlət həmin ərazilərdə mövcud olub. Burada 4 böyük nəsil idarə edib: Arsak, Suren, Karen və Miqran (Mehran – alban çarı Cavanşır Mehran tayfasından olub). Bu 4 nəslin razılığı ilə arsaklar şah olublar. Antik müəlliflər yazır ki, Parfiya dövləti mövcud olanda Armeniya dövləti də onların vassalı şəklində var idi. Buna səbəb, onlar bir-birilə çox qız alıb veribməsi, eyni dildə danışmalarıdır. Əlbəttə romalılar yerli qədim tarixi bilmədikləri üçün belə deyirlər. Prafiyalılarla qohumluqdan istifadə edərək armeniyalılar e.ə. 2-ci və 1-ci əsrlərdə Albaniya və Atropatenadan çoxlu torpaqlar tutaraq böyük Ərməniyyə (Armeniya) yaratdılar. Dövlətin sərhədləri şimalda Göyçə gölünə, Gürcüstana, şərqdə Kür çayına, cənubda Şimali İraqa, qərbdə Aralıq dənizi və Suriyaya çatırdı. Bütün bunlar Artaks ( Ərtuğac) və oğlu Tiqranın (Tiriqan) vaxtında olub. Paytaxtlar Artaksat və Tiqranakert olub.

Antik müəlliflər qeyd edirlər ki, Surena Midiya adəti üzrə üzünə ənlik-kirşan sürtür, saçını ayrıc ayırıb, hörür. Digər parflar isə skiflər kimi saç saxlayırlar.     Parfiya və Armeniya şah adları ; Vologez, Fraat ( Fərhad) , Tridat ( Trdat) , Kotis, Artaks (ermənicə – Arteşes, türkcə isə – Ərtuğac), Tiqran (Tiriqan), Vardan, Vonon, Farasman, Miqerdat, Mitridat, Ərdaban (Artaban) və Qrumbat.

Strabon parfiyalıları Xəzərin ( Qirkan) şərqində yerləşdiyini qeyd edir. R.Frayn yazır ki, parfiyalılar özlərinə Parn – yəni baranlu deyirlər. Abaren, barn, parn, aparn – müxtəlif dillərdə belə deyirlər. Mənası qədim türkcə – baran, yəni qoç, qoyun deməkdir. Yəni parfiyalılar Oğuzun 24 boyundan biridir – baranlu boyuna aiddirlər. Bəs niyə parfiyalıların bir qismi Van gölü ətrafında, böyük qismi isə Xəzərin şərqində yaşayırdı?

E.ə.VII əsrdə İç oğuzlar Qara dənizin şimalından Dərbənd keçidi ilə Yaxın Şərqə gələrək bütün mədəni dünyanın sahibi oldular. Yəni, böyük Turan dövlətini qurdular. İç oğuzların başçıları Pəşəng, oğlu – Alpər Tonga ( farsca – Əfrasiyab) onun oğlu yunanca Madis ( türkcə – Məti və ya Mete) idi. Əfrasiyab ona tabe olmayan baranlu tayfasının çox hissəsini Xəzərin şərqinə, indiki Türkmənistan çöllərinə sürgün etdi. Orada yerli qohum tayfalar onları sərgərdan – Barti adlandırdı. Baranluların bir qismi isə Əfrasiyaba tabe olaraq, Van gölü ətrafında yaşamağa davam etdilər və həmin əraziyə həmişə hakimlik etmişlər.

Van gölü ətrafındakı ərazidə əvvəlki əsrlərdə, yəni e.ə. VII-VIII əsrlərdə Urartu dövləti olmuşdur. Urartu Elam dilində “Dağlıq ölkə” deməkdir. Farslar Əhəməni dövründə buranı eyni məna verən (Dağlıq ölkə) “Harmana” adlandırdı. Beləcə Urartu – Harmana oldu. Yunanlar isə bunu Armeniya kimi tələffüz edirlər. Əlamətdar haldır ki, parfiyalılar dövlətə paytaxt olaraq Həmədanı (Akbatan) seçmişlər. Parfiyalı Vardanın şahlıq dövründə şərqdə dövlətin sərhədi şərqdə Sind çayına çatırdı. Şimalda Armeniya və Albaniya ilə birlikdə Dərbənd və Gürcüstana, cənubda İraq və Fars körfəzinə, qərbdə isə Aralıq dənizi və Suriyaya çatırdı. Bəs bu 4 dəniz arasındakı bu böyük ərazidə hansı dildə danışılırdı, dövləti kimlər idarə edirdi? Artaks (ermənicə – Artaşes, türkcə – Ərtuğac) Armeniyanın şimal sərhədlərini Göyçə gölünədək genişləndirərkən orada xüsusi, üstü yazlı sərhəd daşları basdırıb. Bu daşlar 200 il əvvəl Rusiya tərəfindən işğal edilərkən götürüldü və indiyə qədər Ermitajda saxlanılır. Rus və erməni alimləri bu daşları oxuya bilməyib, və yaxud oxumaq istəməyib üzərindəki yazıları naməlum dil adlandırmışlar. Azərbaycanın müstəqillik dövründə bizim görkəmli və millətçi tarixçi, dilçi alimimiz Firudin Ağası oğlu Cəlilov həmin daşları oxumuşdur: “Artaşes Məlik birey yeritir, bunda konxultu. Mənası, Artaşes Mməliyin sərhəd yeridir, burada qonuldu – qoyuldu”.

Bu yazılar antik tarixçilərin də yazdıqlarını təsdiq edir və Armeniya çarlarının və əhalisinin Sak ( türk – qıpçaq ) olub, türkcə danışdığını sübut edir. Həmçinin sübut olunur ki, Aralıq dənizindən başlamış, şimalda Gürcüstan və Dərbəndə qədər, cənubda Fars körfəzinə qədər, şərqdə isə Sind çayına qədər olan bu böyük ərazidə – Yaxın Şərqdə xalq türk – qıpçaq dilində danışılmışdır.

Kasparovun əcdadlarının qədim tarixi başdan ayağa uydurmadır, bizdən mənimsəmədir. Onlar Asiyaya Balkan yarımadasından gəlmə olduqları üçün xalqımızın bir hissəsi olan partilərin tarixini mənimsəmişlər. Onların ermənilərin genə – bola işlətdikləri Karen, Karena, Qayane, Tiqran, Miqran, Arşaq, Suren, Azat, Tiridat, Armen (Arman)  adları da bizimdir.
Parfiya adı belə yaranıb. Türkmənistan ərazisinə köçərkən, baranlu tayfasını yerli xalq sərgərdan – yəni barti adlandırır. “P” hərfi “B” – yə çevrilib, olub parti. Ruslar da yuxarıda dediyimiz kimi, “T” hərfindən qorxduqları üçün parfi oxuyub, yazırlar. Beləliklə, rusların yüngül əli qardaşlarımız olan baranlular iran dilli parfiyalı oldular, ermənilər də bundan istifadə edib özlərinə cəfəng “Böyük Armeniya” tarixi yazdılar.

K.HACI

Həmin kateqoriyadan