Yubiley ilində rekord göstərici

24-26 sentyabrda Formula-1 üzrə Azərbaycan mükafat yarışı üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, cəmi 72 saat ərzində 49,000 müraciətin daxil olması indiyədək ən yüksək nəticədir. Müqayisə üçün qeyd edək ki, 2024-cü il 16,000, ötən il isə bu rəqəm 31,000 təşkil etmişdi.

2026-cı il Azərbaycan qran prisi üçün xüsusi əhəmiyyət daşıyır. Bu il Bakıda 10 illiyini qeyd edəcək. Yubiley münasibətilə könüllü proqramına marağın daha da artdığı müşahidə olunub. İlkin qeydiyyat mərhələsi artıq başa çatıb.

Seçim zamanı motivasiyası yüksək, ünsiyyət bacarıqları güclü və komanda ilə işləmək bacarığına malik namizədlərə üstünlük veriləcək. Ötən il 2000-dən çox könüllü Formula-1-də müxtəlif istiqamətlər üzrə təşkilati işlərdə yaxından iştirak edib.

Həmin kateqoriyadan