- Baxış sayı: 25
- 08 May 2026 12:14
- Baxış sayı: 27
- May 08, 2026
- 0

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı pro liqasının 33-cü turunda səfərdə “Əl-Şəbab”ı 4:2 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, Kriştianu Ronaldu qonaqların qollarından birini vurub.
Portuqaliyalı hücumçunun Əl-Şəbaba vurduğu qol qələbəyə töhfə verməklə yanaşı, Əl-Nəsr üçün 100 qola çatmasına da imkan verdi. O, buna cəmi 105 oyunda nail oldu və 18 məhsuldar ötürmə etdi.
Bundan əlavə, Ronaldo tarixdə dörd fərqli liqada 100 qol vuran ilk oyunçu oldu. O, əvvəllər bu mərhələyə Premyer Liqada Mançester Yunayted, La Liqada Real Madrid, Seriya A-da Yuventus və indi Səudiyyə Ərəbistanında Əl-Nəsr ilə çatmışdı.
Portuqaliyalı oyunçunun hazırda 971 qolu var. O, karyerasında 1000 qola çatan ilk oyunçu ola bilər.