- Baxış sayı: 24
- 08 May 2026 12:36
- Baxış sayı: 24
- May 08, 2026
- 0

Gənclər və idman nazirliyi, AFFA və Azərbaycan minifutbol federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, dünən Bakı tennis akademiyasında təşkil olunan və gərgin mübarizə şəraitində keçən final görüşündə SOCAR “Azərişıq” komandasına 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə bu turnirin qalibi olub və kuboka sahib çıxıb.
Ədliyyə nazirliyinin komandası isə üçüncü yeri tutub. Bundan əlavə, SOCAR komandasının təmsilçisi Elnur Hüseynov turnirin “ən yaxşı oyunçusu” nominasiyasının qalibi adını qazanıb.
SOCAR komandası finala gedən yolda qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin komandası ilə 1:1 hesablı bərabərə qalıb. Digər bütün qarşılaşmaları isə qələbə ilə başa vurub: dövlət reklam agentliyini 7:1, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni 6:5, səhiyyə nazirliyini 4:0, Heydər Əliyev mərkəzini 8:2, əqli mülkiyyət agentliyini 16:2, dənizkənarı bulvar idarəsini 11:2, dini qurumlarla iş üzrə dövlət komitəsini 10:1, gənclər və idman nazirliyini 3:0, “Azərişıq” ASC-ni 4:2, dövlət statistika komitəsini 8:2, vəkillər kollegiyasını 3:1, KOBİA-nı 3:1, dörddəbir final mərhələsində fövqəladə hallar nazirliyini 2:0, yarımfinalda isə baş prokurorluğun komandasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.