- Baxış sayı: 84
- 16 Sentyabr 2026 11:35
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

“Baku open- 2026” beynəlxalq şahmat festivalında 1-ci turun partiyaları başlayıb.
Allsport.az saytı xəbər verir ki, ilk tura yarışın baş hakimi Faiq Həsənov tərəfindən start verilib. Tədbir “A”, “B” və “C” qruplarında hər biri İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir.
Yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. Beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50.000 ABŞ dollarına bərabərdir.