Yeniyetmə güləşçilərimiz Avropa çempionatında

Mayın 11-dən 17-dək Bolqarıstanın Samakov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda açılış yunan-Roma üsulunda çıxış edənlərə qismət olacaq.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi ilə Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizəyə start verəcək.

Sonra növbə qızlara keçəcək. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcəklər.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyiilə Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) uğur qazanmağa çalışacaqlar.

“Samokov arena”da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq. Avropa birinciliyində bizdən ədaləti 1-ci dərəcəli hakimlər – Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaqlar.

Həmin kateqoriyadan