“Hökumət” və “Parlament” arasında görüş sülhlə bitib

Mayın 7-də Heydər Əliyevin xatirəsinə dövlət qurumlarının əməkdaşları arasında keçirilən IV minifutbol turniri çərçivəsində “Hökumət” və “Parlament” komandaları arasında yoldaşlıq görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı tennis akademiyasında baş tutan qarşılaşmadan əvvəl ümummilli liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Ardınca ona həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Hökumət” komandasında dövlət sərhəd vidmətinin rəisi Elçin Quliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət gömrük komitəsinin sədri Şahin Bağırov, dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Ramin Məmmədov, diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradov, dövlət statistika komitəsinin sədri Azər Mursaqulov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, dövlət turizm agentliyinin sədri Fuad Nağıyev və KOBİA idarə heyətinin sədri Orxan Məmmədov yer alıblar.

Millət vəkillərindən ibarət “Parlament” komandasının heyətində Şahin İsmayılov, Azər Əmiraslanov, Zaur Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Emin İmanovSamir Vəliyev çıxış ediblər.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyunu 6:6 hesablı ilə yekunlaşıb.

Həmin kateqoriyadan