“Azarkeşlər bizdən qələbə gözləyirdi”

“Qarabağ” Avropa liqasının “G” qrupunun 4-cü turunda evdə “Olimpiakos” ilə 0:0 etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Futbolçulardan razı qaldım. Çox zəhmət çəkdik. Gərginlik də var idi. Çünki azarkeşlər bizdən qələbə gözləyirdi. Belədə, səhvlər də çox olur.

“Olimpiakos” bu gün daha fəal idi. Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish