- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Turan Tovuz”a 0:3 hesabı ilə uduzan “Kəpəz”in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, matçla bağlı bunu deyib: “Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini öyrənmişdik. Bunun üzərində də işləmişdik. Amma bəzi fərdi səhvlərdən qapımızda qollar gördük. Bu da məğlub olmağımız ilə nəticələndi. İstədik komandada dönüş edək, məğlubiyyət ruhunu qələbə ruhuna çevirək. Təəssüflər olsun ki, alınmadı. Buna da zaman lazımdır”.