Bakı futbol akademiyası

İskəndər Cavadov adına Bakı futbol akademiyası öz fəaliyyətini tədricən genişləndirir. Allsport.az saytı xəbər verir ki, Abşeron olimpiya kompleksini özünə yeni məskən seçən məktəbin hazırda 5 yaş qrupu üzrə komandası mövcuddu və hamısı AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında mübarizə aparır.

Burda əsas nəticə və yer tutmaq deyil. Akademiya futbola həvəsi olan uşaq və yeniyetmələrə özünü göstərmək şansı vermək, onlar arasından istedadlıları tapıb üzə çıxarmaqdır. Qarşıya qoyulan strategiya özünü doğrultmaqdadı. Belə ki, cəmi 2 ildi işə başlamasına baxmayaraq, artıq BFA-nın bir neçə yetirməsi plemyer liqa təmsilçilərinin düşərgəsinə yollanıb.

Aşağı yaş qrupları üzrə millilərin məşqçiləri akademiyanı daim diqqətdə saxlayır ki, bu da müsbət haldır. 120-dən artıq uşaq və yeniyetmə burda futbolun sirlərini öyrənir. BFA bu gündən etibarən növbəti seçimlərə başlayır.

Yenilik ondadır ki, bu, Xırdalan şəhəri, Biləcəri, Masazır, Saray qəsəbələrini, yəni, sözügedən zonada yerləşən bütün orta ümumtəhsil müəssisələrini əhatə edəcək.

Deviz də düzgün seçilib: “Övladınızın futbol xəyallarını bizimlə gerçəkləşdirin!”.

Həmin kateqoriyadan