“Bakı” U-12 Liqanın qalibi oldu

Bayıl stadionunda keçirilmiş 2 oyunla “Atena U-12 Liqa”nın 2014/2015-ci il mövsümünə yekun vurulub. Allsport.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda “Neftçi” 2:1 hesabı ilə “Xəzər Lənkəran” komandasına qalib gələrək mövsümü mükafatçılar sırasında bitirib.

Finalda isə “Bakı” 2:0 hesabı ilə “Qəbələ”ni məğlub edərək “Atena U-12 Liqa”nın qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Liqanı üçüncü pillədə başa vurmuş “Neftçi”, ikinci yeri tutmuş “Qəbələ” və turnirin qalibi “Bakı” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda “Bakı” komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, assosiasiyanın texniki direktoru Bernhard Lippert və “Atropatena” şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov təqdim ediblər.

Həmin kateqoriyadan