- Baxış sayı: 40
- 20 Sentyabr 2026 10:53
- Baxış sayı: 169
- Sentyabr 17, 2026
- 0

İran pro-liqasında növbəti oyunlar keçirilib. Allsport.az saytı xəbər verir ki, 3-cü turda da Güney Azərbaycan təmsilçiləri uğur qazanmayıblar.
Təbrizin məşhur “Traktorsazi” klubu Tehranda “İstiqlal”la qarşılaşıb. “Xəzər Lənkəran”ın keçmiş uelsli baş məşqçisi Con Toşakın çalışdırdığı “qırmızı qurdlar” 0:3 hesabı ilə uduzub. Maraqlıdır ki, əks tərəfi başında “Bakı”nın sabiq sükançısı Vinfred Şefer dayanıb.
Təbrizin digər komandası “Göstəriş” evdə “Sepidrud Rəşt” ilə 1:1 heç-heçə edib. “Göy dəmirçilər” 3 xalla 16 iştirakçı arasında 10-cu, “Traktorsazi” 2 xalla 15-cidir.