“Bakı”dan növbəti qələbə

Bu gün Topaz Premyer liqasında IX turun növbəti matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, ikinci oyun günündə autsayderlərin qarşılaşmaları ilə əlamətdar olub. Paytaxt komandalarının görüşündən “Bakı” qalib ayrılıb. Bu, “zolaqlılar”ın son 3 turda ardıcıl 3-cü qələbəsidir.

6 matç qələbə üzünəhəsrət qalan “Araz-Naxçıvan” bu dəfə böyük hesabla “Simurq”a uduzub. Qeyd edək ki, açılış günü “Qəbələ” evdə “Sumqayıt”ı üstələmişdi.

 

Topaz Premyer Liqası, IX tur
25 oktyabr (şənbə)

AZAL– “Bakı” – 0:1
Qol: Nurlan Novruzov, 46

“Simurq” – “Araz Naxçıvan” – 4:0
Qol: Marko Stanoyeviç, 34, Rəşad Eyyubov, 47; 56; 90+3

Həmin kateqoriyadan