- Baxış sayı: 20
- 21 Sentyabr 2026 21:52
- Baxış sayı: 225
- Sentyabr 17, 2026
- 0

“Barselona” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə cəlb edib.
Allsport.az xəbər verir ki, keçidin ümumi dəyəri bonuslarla birgə 76,5 milyon avroya çatır.
30 yaşlı futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Rodri 2019-cu ildən “Mançester Siti”nin şərəfini qoruyurdu. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”lə çempionlar liqası və 4 premyer liqa çempionluğu da daxil olmaqla, ümumilikdə 13 titul qazanıb.