“Barselona”ya uduzaraq antirekord müəyyənləşdirdi

“Real Madrid” İspaniya kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, bu, Madrid təmsilçisinin cari mövsümdə 13-cü məğlubiyyətidir.

Karlo Ançelottinin baş məşqçi olduğu kollektiv çempionlar liqasında 6, la liqada 5, super kubokda 1 və kubokda da 1 dəfə məğlub olub.

Daha əvvəl “Real Madrid” italiyalı mütəxəssisin rəhbərliyi altında bir mövsümdə 12 dəfədən çox uduzmayıb.

Ançelotti 2021-ci ildən “Real Madrid”in baş məşqçisidir. O, 2013 – 2015-ci illərdə də bu postu tutub.

Həmin kateqoriyadan