- Baxış sayı: 41
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 78
- Sentyabr 24, 2026
- 0
Azərbaycanın U-17 millisinin əsas qapıçısı Məmməd Hüseynov AÇ-2016-nın qrup mərhələsinin 2-ci turunda Belçikaya qarşı oyunda (1:1) ağır zədə alaraq, təcili xəstəxanaya aparılmışdı. Allsport.az saytı xəbər verir ki, həkimlər onda kiçik beyin silkələnməsi diaqnozu qoyublar.
Buna görə o, 2 həftə istirahət etməli olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov da oyundan sonra futbolçuya baş çəkib, onun vəziyyəti ilə maraqlanıb. Məmməd Hüseynovu növbəti matçda “Qəbələ”nin qolkiperi Murad Popov əvəzləyəcək.