- Baxış sayı: 51
- 10 Aprel 2026 19:23
- Baxış sayı: 134
- Aprel 14, 2026
- 0

Qızlardan ibarət U-16 yığmamız 26 yanvar – 3 fevral tarixləri aralığında Türkiyə paytaxtı Anqarada toplanışına cəlb olunub.
Allsport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis Evrən Alqayanın rəhbərlik etdiyi millimiz, 14 nəfər heyət üzvü ilə gündə 2 dəfə olmaqla məşqlərini davam etdirir.
Hazırlıq çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının “C” divizionu oyunlarına hazırlaşmaqdır.