- Baxış sayı: 40
- 28 Aprel 2026 18:17
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Barselona” və “Real”ın maraq dairəsində olan şayiələr əksində karyerasını İngiltərə klubunda davam etdirmək niyyətində olduğunu açıqlayıb. Allsport.az saytı xəbər verir ki, norveçli futbolçu ESPN-ə verdiyi açıqlamada bildirib:
“Növbəti görüşlərdən çox məmnunam və həyəcanlıyam. Çünki bu, “Siti” üçün həm klub, həm də mənim üçün oyunçu kimi çox həyəcanlı bir dövrdür. Buna görə də bu klubla irəliləməyə davam etmək istəyirəm”.
2025-ci ilin yanvar ayında Haland “Siti” ilə 6 illik müqavilə imzalayıb.
Bu mövsüm hücumçu 48 oyunda 35 qol vurub və 7 məhsuldar ötürmə edib.