- Baxış sayı: 78
- 27 Aprel 2026 20:10
- Baxış sayı: 37
- Aprel 29, 2026
- 0

Aprelin 25-də ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi edilib. Allsport.az saytı xəbər verir ki, olay “Vaşinqton Hilton” mehmanxanasında keçirilən Ağ Ev müxbirləri assosiasiyasının illik şam yeməyi zamanı baş verib.
Şübhəlilərdən biri Kaliforniya sakini, 31 yaşlı Koul Tomas Allendir. Tədbirdə iştirak edənlərin sözünə görə, gənc oğlan ov tüfəngi, tapança və bıçaqla silahlanaraq zala təhlükəsizlik xidmətini keçməyə cəhd edib.
Allen bunu edə bilməyib və təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Lakin hücum edən şəxs ən azı bir atəş açaraq bir təhlükəsizlik işçisinə dəyib və o, güllə keçirməyən jiletlə ağır xəsarətdən xilas edilib.
Şam yeməyinə dəvət olunanlar arasında Trampın köhnə dostu, UFC prezidenti Deyn Uayt da var idi.