“Prezident Kuboku”nun keçidi

Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə beynəlxalq reqatanın paradı təşkil edilib. Allsport.az saytı xəbər verir ki, Mingəçevirdə Heydər Əliyev prospektində rəsmi şəxslər onun abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Ardınca reqatada iştirak edən ölkələrin təntənəli yürüşü baş tutub. Komandalar düzüldükdən sonra dövlət himni səsləndirilib. “Prezident Kuboku 2026” haqqında ümumi məlumat verilib. 20-dək ölkədən 100-dən artıq idmançının iştirak etdiyi reqata cənab prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə olaraq aprelin 27-də Sərsəng su anbarından start götürüb.

Yarışlar 29 aprel tarixində Suqovuşanda davam edəcək. 30 aprel – 1 may tarixlərində Mingəçevirdə final yarışları keçiriləcək.

Həmin kateqoriyadan