- Baxış sayı: 59
- 30 Aprel 2026 22:28
- Baxış sayı: 59
- Aprel 30, 2026
- 0

Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident kuboku” çərçivəsində Suqovuşanda keçirilən yarışların rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Allsport.az saytı xəbər verir ki, tədbirin rəsmi hissəsindən sonra su keçidi baş tutub. İdmançılar draqon qayıqları ilə keçib , iştirakçı ölkə bayraqlarını daşıyan skuterlər Suqovuşan su anbarında dövrə vurublar.
Ardınca yarışlara start verilib. İdmançılar reqatanın bu mərhələsində müxtəlif yaş kateqoriyalarında birnəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparıblar.
Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. O, 1-nəfərlik kayak qayığında 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.