Özbəkistanda 4-cü yer

10-14 mayda keçiriləcək Bakı – Xankəndi Azərbaycan velosiped yarışına hazırlaşan şose üzrə millimiz Özbəkistanda yarışda iştirak edir. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq velosipedçilər ittifaqının 2.2 kateqoriyalı 2 mərhələli yarışında məşqçi Elçin Əsədovun rəhbərliyi altında 6 qoşaçarxşımız mübarizə aparır.

Yarışın 1-ci mərhələsində idmançılarımızdan ən yüksək nəticəni Musa Mikayılzadə göstərib – o, ağır dağ marşrutu üzrə 146 km məsafəni 3 saat, 27 dəqiqə, 55 saniyəyə qət edərək, starta çıxan 87 velosipedçi arasında 4-cü olub. 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər.

Musa Mikayılzadə bir neçə gün əvvəl Özbəkistanda təşkil olunan 2.2 kateqoriyalı Fərqanə mükagat yarışında ümumi təsnifatda 5-ci olmaqla, 15 reytinq xalı da qazanıb.

Həmin kateqoriyadan