- Baxış sayı: 219
- 22 Aprel 2026 19:19
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Neftçi” idman klubunun idarə heyəti sədrinin müşaviri Sadıq Sadıqov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, “Qarabağ”la müqayisdə “Neftçi”nin diqtəsinin az çəkməsinin səbəbinə aydınlıq gətirib: Bunun səbəblərindən biri həm də liqadakı bəzi komandaların özünə gələ bilməməsi oldu. Həmin dönəmdə inkişaf yox idi, indi isə var. “Neftçi” güclənib, “Sabah” o yandan, “Turan Tovuz” bu yandan.
“Qarabağ” artıq bilmir nə etsin. Qurban Qurbanov da düşünür ki, necə oynasın, kimi meydana buraxsın. Çünki sabah ona da sual veriləcək ki, Çempionlar liqasında o cür çıxış etdiniz, Azərbaycan çempionatında isə heç nə edə bilmədiniz? Həqiqətən, inkişaf görünür. “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir.
Avrokuboka vəsiqənin halal sahibi “Neftçi” olmalıdır ki, qarşısını aldılar. Niyə aldılar? Kim etdi? Burada 100 faiz müdaxilə, qərəz var. Nə oldu, bir matçda da “Neftçi”nin xeyrinə qərar versinlər də. Bütün bunları düşünmək, analiz etmək lazımdır. Azərbaycan futbolunun tarixi olan “Neftçi”ni silmək istəyirlər? Bacarmayacaqlar, çünki “Neftçi” artıq tarixdədir. Bu klubu heç kim silə bilməz”.
O, son vaxtlar Suraxanıda “Neftçi” İSM-in bazası və “Qarabağ”ın ona iddia etməsi ilə bağlı məsələ ilə bağlı da açıqlama verib: “Həmin ərazi “Neftçi” İSM-ə məxsusdur. “Qarabağ” rəhbərliyi də çox gözəl bilir ki, klubun inkişafı üçün ora 25 illik onlara icarəyə verilib. Çünki o vaxt Quzanlıda vəziyyət indiki kimi deyildi. Bizə Quzanlıda futbolun inkişafı lazımdır.
Suraxanıdakı bazada biz Fərid Mənsurov, Rövşən Bayramov, Rəsul Çunayev kimi idmançılar yetişdirmişik. Ora gün ərzində 700-800 uşaq gəlib-gedir, əla zallarımız var. Suraxanıda yeganə ərazidir ki, pulsuzdur. Get “Qarabağ”a de ki, onlara verilən əraziyə baxmaq istəyirsən, gör səni buraxacaqlar?
Amma “Neftçi”yə yaxınlaş, uşağını təmənnasız idmana yazdır. Yaxşı, biz öz ərazimizi də verdik “Qarabağ”a, bəs idmanla məşğul olan uşaqlar hara gedəcək? Niyə oranı istəyirlər? Çünki hər cür şərait var. Məgər Tahir Gözəlin tapa biləcəyi başqa yer yoxdur? Getsin boş ərazilərdə özünə baza tiksin də. Quzanlıda düzəltsin, komandanı orada qarşılasın”. (futbolinfo.az)