Son 17 ilin ən yaxşı nəticəsi!

Albaniya paytaxtı Tiranada qitə çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləş millimizin ardınca sərbəst güləşçilərimiz də Avropanın zirvəsini fəth etdi. 3 qızıl, 2 gümüş və 1 bürünc medalla tarizində rekord edən Xetaq Qazyumovun komansı 152 xalla 6-cı dəfə çempion oldu.

Buna qədər “sərbəstlər” 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə zirvəyə yüksəlib. Bu növdə millimiz medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsini göstərib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bəri Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir. Vilnüsdə 4 qızıl, 1 gümüş və 1 bürünc qazanılıb. O zaman güləşin bu növündə 7 çəki dərəcəsi vardı.

Xatırladaq ki, Albaniya paytaxtında İslam Bazarqanov (57 kq), Əli Sokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) qalib oldu. Turan Bayramov (74 kq) və Arseni Cioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) bürünc mükafata yiyələndi.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləşdə komanda hesabında qızıl dubl etdi.

Həmin kateqoriyadan