“Son saniyələrdə rəqibin ani boşalacağını gözləmirdim”

Albaniya paytaxtında qitə çempionatında sərbəst güləşçimiz Arseni Cioyev (86 kq) finalda bərabər keçən görüşdə rusiyalı İbrahim Kadiyevə uduzaraq 2-ci yerlə kifayətləndi. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o, Tiranaya səfər edən azərbaycanlı KİV nümayəndələrinə bunu dedi:

“Azərbaycan güləş federasiyasına və millinin məşqşi heyətinə təşəkkür edirəm. Onların bizim üzərimizdə böyük əməkləri var. Allahın köməkliyi ilə gələn səfər daha çox qızıl medal qazanarıq.

Əslində, final tutaşmasında qalib də ola bilərdim. Sadəcə, son saniyələrdə rəqibin ani boşalacağını gözləmirdim. Bu yaxınlarda reytinq turnirində də İbrahim Kadiyevə yenilmişdim. Öz səhvlərim üzərində cidid işləyəcəyəm”.

Kamran HACI, Tirana

Həmin kateqoriyadan