- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Albaniyanın paytaxtı Tiranada “Olimpiya” parkında “Feti Borova” idman zalında güləş üzrə Avropa çempionatı başa çatdı. Allsport.az saytı xəbər verir ki, həm yunan-Roma, həm də sərbəst üsulla çıxış edən bahadırlarımız tağım hesabında 1-ci oldular.
Bu yarışda Azərbaycanın olimpiya dərəcəli hakimləri də öz sözlərini dedilər. Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə mühüm görüşlərdə ədaləti layiqincə qorudular.






